Xudatda iki avtomobil toqquşdu: Ölən var...

Gəndob-Yalama yolunun Xudat şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, qəza zamanı “Vaz-21011” markalı avtomobil “Vaz-21099” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Nəticədə şəxsiyyəti hələ müəyyən edilməyən iki nəfər ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.