Neftçalada tornado baş verdi - VİDEO

 09:33 12.10.2024     122

Neftçala rayonunda Azərbaycanda nadir hallarda rastlanan təbiət hadisəsi baş verib.

Redaktor.az titul.az-a istinadla xəbər verir ki, rayonun mərkəzi yerlərindən birində kiçik tornado müşahidə edilib. Hadisənin şahidi olanlar bunu kameraya çəkiblər.

Burulğanın həcmi çox böyük olmasa da bir qədər vahiməli təsir bağışlayıb.

Qeyd edək ki, tornado adətən ABŞ-nin bir çox ştatında tez-tez müşahidə edilir və çox böyük həcmdə baş verdiyinə görə ağır fəlakətlərlə nəticələnir. Tornado buludlardan yerə qədər uzanır və böyük dağıdıcı gücə sahib olan təbii fəlakətdir.