Şəkidə 15 yaşlı oğlan faciəvi şəkildə ÖLDÜ
Şəkidə 15 yaşlı oğlanı avtomobil vuraraq öldürüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Redaktor.az-a bildirilib ki, oktyabrın 11-də saat 22 radələrində Şəki rayonunun Qoxmuq kəndi ərazisində Ülvi Salamzadə idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Asim Abdurahmanlını vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.