9 yaşlı uşağı maşın vuraraq öldürdü

Oktyabrın 12-də saat 16 radələrində Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonunun Aydınqışlaq kəndi ərazisindən keçən hissəsində Təbib Təbibov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən piyada, 2015-ci il təvəllüdlü H.İsmayılovu vurub.
Redaktor.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.