Gəncədə mənzildə meyit AŞKARLANDI

Gəncədə mənzildə meyit aşkarlanıb.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
"112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.