Bakıda zibil qutularının yanında bıçaqlanmış kişi ölüb - FOTO - YENİLƏNİB-2

 01:48 14.10.2024     186

Oktyabrın 13-də axşam saatlarında Yasamal rayonu ərazisində 1987-ci təvəllüdlü A.İbrahimov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Redaktor.az
APA-ya istinadla xəbər verir ki, ağır xəsarətlər alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən A.İbrahimov həkimlərin səyinə baxmayaraq ölüb.

***
23:54


Oktyabrın 13-də axşam saatlarında Yasamal rayonu ərazisində 1987-ci təvəllüdlü A.İbrahimovun bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

Hadisə ilə bağlı təhqiqat araşdırmaları və əməliyyat tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

***
23:53


Bakının Yasamal rayonunda 37 yaşlı kişi baltalanıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Şəfayət Mehdiyev küçəsində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü İbrahimov Azər Şaban oğlu qolundan və kürəyindən balta xəsarətləri alıb.

Küçədən keçən şəxslər onu zibil qutularının yanında aşkar edərək polisə məlumat verib.

A.İbrahimovun ağır yaralı olduğu aşkarlanıb. Yaralı dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Verilən məlumata görə, o yaxınları ilə birlikdə restoranda yeyib-içdikdən sonra dava zamanı balta xəsarətləri alıb.

Hazırda fakt araşdırılır.