Qazaxda minaya düşən şəxsin ayağı amputasiya OLUNDU

 13:14 14.10.2024     187

Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində mina hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb.

Bildirilib ki, kənd sakini, 2001-ci il təvəllüdlü İlkin Amil oğlu Sarıyev heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb:

"Hadisə nəticəsində İlkin Sarıyev sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Vəziyyəti stabildir. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir. Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır".

11:44

***

Bu gün Qazax rayonunda mina partlayışı hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, rayonun Quşçu Ayrım kəndində qoyun otaran 2001-ci il təvəllüdlü İlkin Sarıyev minaya düşüb.

O, xəstəxanaya aparılıb. Cərrahiyyə əməliyyatı olunan gəncin bir ayağı amputasiya olunub.