Oğuzda ərəblər qəzaya düşdü: Xəsarət alan var - FOTO

 18:40 14.10.2024     73

Oğuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az report.az-aistinadla xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Oğuz rayon sakininin idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobildə olan sürücü və Səudiyyə Ərəbistanının iki vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağı araşdırma aparılır.

 

2