Cəlilabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar GÖTÜRÜLDÜ

Cəlilabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam etdirilir.
Keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 3 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir