Sumqayıtda küçədə naməlum kişi meyiti AŞKARLANDI

Sumqayıtda küçədə 40-45 yaşlı kişi (şəxsiyyəti dəqiqləşdirilir-red) meyiti aşkarlanıb.
Redaktor.az xəbər verir ki, hadisə şəhərin Sülh prospektində yerləşən parkların birində qeydə alınıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.