Biləsuvarda FACİƏ: Yanıq xəsarətləri alan qadın ÖLDÜ

 09:49 15.10.2024     87

Biləsuvarda qadın bədbəxt hadisə nəticəsində ölüb.

Redaktor.az xəbər verir ki, hadisə Cəbrayıl məcburi köçkünləri üçün inşa edilmiş binada baş verib.

Orada yaşayan Tərgül Rəsulova yandırılmış parça ilə ehtiyatsız davranaraq müxtəlif növ yanıq xəsarətləri alıb və hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.