İcra Hakimiyyətinin vəzifəli şəxsi vəfat ETDİ

 10:24 15.10.2024     178

Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşı vəfat edib.

Redaktor.az xəbər verir ki, İcra Hakimiyyətində ərazi idarəetmə şöbəsində baş məsləhətçi işləyən 36 yaşlı Elnur Rufullayev dünyasını dəyişib.

E.Rufullayevin bir neçə gün bundan əvvəl insult keçirtdiyi və Bakı şəhərində müalicə aldığı bildirilir. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

O, ötən gecə dünyasını dəyişib (modern.az).