Xəstəxanaya aparılan hamilə qadın yolda ÖLDÜ

 09:32 16.10.2024     195

Sabirabad rayonunda xəstəxanaya aparılan hamilə qadın yolda keçinib.

Redaktor.az xəbər verir ki, rayonun Bala Həşimxanlı kənd sakini, 1996-cı il təvəllüdlü Məstalıyeva Qızqayıt Sərraf qızı xəstəxanaya aparılarkən epilepsiyadan (sudurğadan) yolda dünyasını dəyişib.

Qadının hamilə olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.