Şəhid atası vəfat etdi - FOTO

 09:42 16.10.2024     143

Vətən müharibəsi şəhidi Cahangir Baxışovun atası vəfat edib.

Redaktor.az xəbər verir ki, Əmrah Baxışov yaşadığı Qobustan rayonunda dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.

Qeyd edək ki, C. Baxışov 2001-ci ilin aprelin 1-də Qobustanın Nardaran kəndində anadan olub.

Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Cahangir 2020-ci ilin oktyabrın 9-u şəhid olub. “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalları ilə təltif edilib (qafqazinfo.az). 

2