Tovuzda 18 nəfər ZƏHƏRLƏNDİ

 10:22 16.10.2024     660

Tovuzda kütləvi zəhərlənmə olub.

Redaktor.az xəbər verir ki, kütləvi zəhərlənmənin rayonun Qovlar şəhərində yerləşən dönərxanada qeydə alındığı bildirilir.

Belə ki, dönərxanada toyuq dönəri yeyən 18 nəfərin vəziyyəti pisləşib və zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət ediblər.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ötən gün 18 nəfərin Tovuz rayonunda fəaliyyət göstərən iaşə obyektindən alıb qəbul etdikləri dönərdən zəhərlənmələri şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət etmələri faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə "Report"a bildirilib ki, Agentliyinin mütəxəssisləri hadisənin baş verdiyi ehtimal olunan Qovlar şəhəri, Vağzal küçəsində fəaliyyət göstərən “Köz dönər” ictimai iaşə müəssisəsinə baxış keçirib, müayinələrin aparılması məqsədi ilə nümunələr götürüb. Sözügedən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.