Goranboy sakini FƏRYAD ETDİ: "Burada övladımın həyatıyla oynayırlar" - VİDEO

 11:08 16.10.2024     682

Bir ay əvvəl Goranboy Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsi açılsa da pasiyentlər oradakı aparatların köhnə olmasından şikayətçidirlər.

Redaktor.az “İTV”yə istinadən xəbər verir ki, xəstələr köhnə və istifadəyə yararsız cihazların olduğunu, bu cihazların da onların sağlamlığına ciddi təsir göstərdiklərini bildirib.

“Aparatların hamısı köhnədi. Hemodializ şöbəsi yeni açılıbsa, hanı təzə aparatlar? Burada mənim övladımın həyatıyla oynayırlar. Aparatların batareyaları olmalıdır ki, onlar enerji saxlasın. İşçilər də təzə olduğu üçün təcrübəsizdilər deyə qanı bədənimizə qaytara bilmirlər”.

İddialara xəstəxananın şöbə müdiri Şəhruzə Rüstəmova cavab verib. Onun sözlərinə görə, hazırda tibb ocağında 10 ədəd yeni və işlək aparat var:

“Hansısa texniki nasazlıq olduğu zaman problem aradan qaldırılır. Xəstələrin dializə açılıb bağlanmasında problem yaranmır". 

Ətraflı videomaterialda: