Kəmaləddin Heydərov ona vəzifə VERDİ

Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinə yeni rəis təyin edilib.
Redaktor.az xəbər verir ki, bununla bağlı fövqaladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq Əmr imzalayıb.
Əmrə əsasən, FHN-in daxili xidmət mayoru, Gəray Elxan oğlu Güliyev Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi təyin olunub.
O, daha əvvəl Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi olub.