Cəbrayılda birmərtəbəli evlərin birinin tikintisi 156 min manata başa gələcək - TENDER

 16:30 16.10.2024     301

Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun keçirdiyi tender müsabiqəsinə yekun vurulub.

Redaktor.az xəbər verir ki, tenderin qalibi “Tunel-Metro İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Tender Cəbrayıl rayonu 1 042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 93 birmərtəbəli fərdi yaşayış evlərinin tikintisi ilə bağlıdır.

Fond ilə şirkət arasında 14 milyon 562 min 668 manatlıq müqavilə bağlanıb. Tikiləcək birmərtəbəli fərdi yaşayış evlərininin birinin tikintisi 156 min 587 manata başa gələcək (valyuta.az).