Bakıda iki evdə yanğın OLDU

Bakı şəhərinin Nizami rayonunda iki evdə yanğın olub.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində 9 paq.m mebel, 3 ədəd məişət avadanlığı və evə bitişik, ümumi sahəsi 54 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün taxta atmaları 45 m² sahədə yanıb.
Hər iki evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.