Bakıda gənc oğlan sevdiyinin qapısında ÖLDÜRÜLDÜ

 09:32 17.10.2024     247

Qaradağ rayonunun Lökbatan qəsəbəsində öldürülən 1998-ci il təvəllüdlü İlham Haqverdiyevlə bağlı bəzi detallar məlum olub.

Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "ATV" televiziya kanalında yayımlanan "Bizimləsən" verilişində müzakirələr olunub

Efirə birbaşa bağlanan mərhumun keçmiş sevgilisi Günay bildirib ki, qətldən üç saat əvvəl İ.Haqverdiyevlə telefonla danışıblar:

"Əvvəllər bir-birimizi sevirdik. Daha sonra aramızda kiçik söz-söhbətlər olub. İlham dünyasını dəyişmədən bir ay əvvəl bizim əlaqəmiz kəsilib. Martın 6-da saat 00:15-də mənə zəng etdi ki, gəlim danışaq, dedim ki, gecdir. Qonşuluqda yaşayır. Daha sonra öyrəndim ki, İlham evimizin yaxınlığındakı kafedə olub. Rəfiqəmlə telefonla danışırdım, binanın həyətindən səs-küy eşidildi. Hadisəni videoya çəkməyə başladım. İlhamın adını eşitdim. Rəfiqəmin qardaşı İlhamın dostudur. Dedim ki, düşüb aşağı baxsın ki, nə məsələdir. 5 nəfər İlhamla mübahisə edirdi. Mən həyətə düşənə qədər İlhamı ürəyindən və kürəyindən vurmuşdular. Onu xəstəxanaya aparırdılar. Daha sonra zəng etdilər ki, İlham dünyasını dəyişib".