Azərbaycanda mağazadan nisyə dəftərini OĞURLADILAR
Xəbər verdiyimiz kimi, ötən həftə Lənkəranda xeyirxah şəxs kəndlərin birindəki mağazadan nisyə borclarını ödəmişdi.
Redaktor.az xəbər verir ki, kimliyi açıqlanmayan şəxsin sakinlərin 11 min manatdan çox borcunu bağladığı deyilirdi.
Ötən günlərdə də cənub bölgəmizdə daha bir oxşar hadisə yaşanıb. Lakin bu dəfə naməlum şəxs borcu nisyə dəftərini oğurlamaqla bağlamaq istəyib.
Cəlilabad rayonunda kəndlərin birində gecə mağazaya daxil olan şəxs pəncərəni sındıraraq içəri daxil olub. Nisyə dəftərini özü ilə götürən şəxs daha sonra yoxa çıxıb.
Kənd camaatı arasında bu hadisəyə sevinənlər olsa da, mağaza sahibi çıxılmaz vəziyyətdə qalıb.
Beləliklə, Lənkəranda insanlara örnək olacaq hadisə Cəlilabadda bir qədər səhv anlaşılıb. Öz aləmində yaxşılıq etdiyini düşünən şəxs, mağaza sahibinin düşdüyü vəziyyəti hesaba qatmayıb (ölkə.az).