23 ilin prorektoru işdən çıxarıldı: Yerinə baş stomatoloq GƏTİRİLDİ

 10:54 18.10.2024     301

2001-ci ildən Azərbaycan Tibb Universitetinin (ATU) tədris və müalicə işləri üzrə prorektoru vəzifəsində çalışan Sabir Əliyev vəzifəsindən azad edilib. 

Redaktor.az xəbər verir ki, müvafiq əmrlə Nazim Adil oğlu Pənahov tədris və müalicə işləri üzrə prorektor təyin olunub. 

Nazim Pənahov 7 noyabr 2016-cı il tarixindən ATU-nun elmi katibi vəzifəsində çalışıb. O, həmçinin səhiyyə nazirinin 11 mart 2019-cu il tarixli əmri ilə nazirliyin baş stomatoloqu vəzifəsini tutur. 

Qeyd edək ki, bir neçə gün əvvəl ATU-nun elmi işlər üzrə prorektoru Bəylərov Rauf Oruc oğlu da vəzifəsindən azad edilib və yerinə Sultanova Məlahət Cahangir qızı təyin olunub. 

İşdən çıxarılan prorektorlar ATU-da kafedra müdiri olaraq fəaliyyətlərini davam etdirirlər (qaynarinfo.az). 

 

Sabir Əliyev 

 Nazim Pənahov