Zaqatalada ikiotaqlı ev yanaraq külə DÖNDÜ

 23:34 18.10.2024     73

Yanğın hadisəsi axşam saatlarında Zaqatala rayonunun Aşağı Tala kəndində baş verib.

FHN-in Zaqatala Dövlət Yanğından Mühafizə hissəsindən Redaktor.az-a verilən məlumata əsasən, kənd sakini Abdulla Əzizova məxsus ümumi sahəsi 90 kvadratmetr olan ikiotaqlı birmərtəbəli fərdi yaşayış evi yanıb.

Hadisə yerinə rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğınsöndürənlərin səyinə baxmayaraq, evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.