Mərc oyunlarında uduzan qadının 35 min manat pul oğurladığı üzə ÇIXDI

 12:07 19.10.2024     231

Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edən şəxs mənzilindən 35 000 manat pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Redaktor.az DİN-ə istinadla xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 35 L.Babayeva müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, L.Babayeva oğurladığı pulların bir qismini mərc oyunlarına qoyaraq orada uduzub.