Şabranda kanalda qadın meyiti AŞKARLANDI

 20:44 19.10.2024     272

Samur – Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb.

Redaktor.az “Report”a istinadən kanalın dəmir barmaqlıqlarına ilişmiş meyiti suyun səviyyəsi yüksək olduğu üçün hələ ki sudan çıxartmaq mümkün olmayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Suda aşkarlanmış cəsədin kimliyi bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.