Direktor müavini vəfat etdi – FOTO

 13:18 22.10.2024     159

Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nurəddin Rəhimov vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə redaksiyamıza onun yaxınları məlumat veriblər. Onların sözlərinə görə, N.Rəhimov uzun müddət imiş ki, xəstə yatırmış. O, bu gün vəfat edib. N.Rəhimov Lerik rayonunda anadan olub və onun iki qardaşı da müəllimdir.

O, həm də Vətən müharibəsi şəhidi leytenant Tural Rəhimovun əmisidir. N.Rəhimov bədii ədəbiyyatla məşğul olurmuş və bir çox şeirlərin müəllifidir.

Vasif ƏLİHÜSEYN

Şəkilin açıqlaması yoxdur.