Bakıda gənc qızı maşın vurdu

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, yolu keçən 2001-ci il təvəllüdlü Səfərova Aytac Əvəz qızını avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.