Bakıda avtomobil qatarla TOQQUŞDU

 20:30 24.10.2024     168

Bakıda avtomobil qatarla toqquşub.

Redaktor.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. Minik avtomobilinin qatarla toqquşması nəticəsində sərnişin 70 yaşlı Rüstəmxanım Baba qızı Məmmədova xəsarət alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Həkimlərin gördükləri tədbirlərə baxmayaraq, qadın orada ölüb.

Faktla bağlı araşdırma aparılır.