Azərbaycanda 16 yaşlı məktəbli qızın sevgilisinə qoşulub qaçmasının TƏFƏRRÜATLARI – VİDEO

 12:42 25.10.2024     213

Daxili İşlər Nazirliyi Bakıda məktəbli qızın qaçırılaraq Cəlilabada aparılması məsələsi ilə bağlı açıqlama yayıb.

Redaktor.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məsələnin nəzarətə götürüldüyü bildirilib. 

 “Nikahla əlaqəli heç bir mərasim keçirilməyib. 16 yaşı tamam olmuş yeniyetmə izahatında heç bir təsirə və təzyiqə məruz qalmadan Cəlilabad rayonunda yaşayan qohumunun evinə getdiyini bildirib. Araşdırma aparılır, müvafiq tədbirlərin görülməsi təmin ediləcək”.

Xatırladaq ki, Bakıda məktəbli qızın qaçırılması barədə Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində danışılıb.

Qeyd olunub ki, qaçırılan 16 yaşlı yeniyetmə Cəlilabada gətirilib.

Qızın sözlərinə görə, qaçması üçün valideynlərinin razılığı olub.

“Anamın əmisi oğludur, oğlan özü qaçırıb, hazırda Bakıya işləməyə gedib. Məktəbdən çıxmaq mənim qərarımdır. Burada sevgilimin anası və atası ilə birgə yaşayıram. Valideynlərim də məlumatlıdırlar”,- deyə o bildirib.