Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir - ŞİKAYƏT

 14:25 25.10.2024     348

Pulunu banka yatıran vətəndaş indi onu geri ala bilmir. 

Redaktor.az xəbər verir ki, 80 yaşlı Bəhruz Əfəndiyev banka yatırdığı pulun aqibətindən xəbərsizdir.  Vətəndaş iddia edir ki, 2016-cı ildə yoldaşım xəstə olduğu üçün digər bankdan pullarımı götürüb, evin yaxınlığında yerləşən "Bank Standard"ın filialına qoyub.

"Yoldaşımın rəfiqəsi bildirdi ki, müalicə üçün məlumat verəcəm pulları götürüb gələrsiz. Həmin zamana kimi isə bank bağlandı. Bağlanan bankın 2020-ci ilə qədər keçirdiyi silsilə görüşlər pandemiyaya görə dayandırıldı. O gündən indiyə qədər məsələ ilə bağlı normal cavab öyrənə bilmirik". 

Vətəndaşın dediyinə görə, heç vaxt bankın müdiri qarşısına çıxmayıb. 

"Onun yerinə ya vəkili, ya da köməkçisi gəlir, güya izahat verir. Mən başa düşə bilmirəm ki, bankdan külli miqdarda pul götürülüb, hələ indiyə kimi bizə məlum deyil ki, kimlər götürüb. Maraqlandığımız zaman isə bunun bank sirri olduğu deyilir". 

O, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, bir faydası olmayıb. Borcun banklar haqqında qanuna əsasən, növbəlilik prinsipi əsasında ödəniləcəyi deyilib.

Qeyd edək ki, 2016-ci ildə Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standard"ın lisenziyasını geri çağırıb. Həmin dövr üçün bankdakı əmanətlərin həcmi 520 milyon manat təşkil edib və yalnız 460 milyon manat həcmində əmanət sığortalanmış olub (milli.az).