Xətai rayonunda minik avtomobili YANDI

Bakı şəhərinin Xətai rayonunda “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.