Cəbrayıl sakini döyülərək ÖLDÜRÜLDÜ

Bu gün saat 20 radələrində Cəbrayıl rayon sakini, 1980-ci il təvəllüdlü Şahverdiyev Şahin Vəli oğlunun döyülərək qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Redaktor.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Məmmədquliyev Semur Şahin oğlu saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.