Hacıqabulda 42 yaşlı kişini ilan SANCDI

 22:57 27.10.2024     292

Hacıqabul sakinini ilan sancıb.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, hadisə Qarasu kəndində qeydə alınıb.

Kənd sakini, 1982-ci il təvəllüdlü Əhmədov Zamir Oruc oğlu ərazidə iş görərkən onu ilan sancıb.

Z.Əhmədov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilan zəhərinə qarşı zərdab vurulub.

Zərərçəkən xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Vumart və Güvən reklamı Vumart Güvən