Coratda 69 yaşlı qadın dəm qazından boğularaq ÖLDÜ

 12:00 28.10.2024     238

Coratda 69 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Redaktor.az xəbər verir ki, hadisə bu gün səhər Corat qəsəbəsində fərdi evlərdən birində qeydə alınıb.

1955-ci il təvəllüdlü Şövkət Abbasəli qızı Süleymanova hamamda dəm qazından boğularaq ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır.