Sumqayıtda ustanı "tok" vurub ÖLDÜRDÜ

Sumqayıt şəhərində elektrik cərəyanı vuran usta ölüb.
Redaktor.az report.az-a istinadla xəbər verir ki, hadisə şəhərin “Mero” adlanam ərazisində qeydə alınıb.
1978-ci il təvəllüdlü Qoşqar İsa oğlu Məmmədov fərdi evdə usta işləyərkən onu elektrik cərəyanı vurub.
Qoşqar Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.