Bascısını boğaraq öldürən şəxsə hökm OXUNDU

 16:43 28.10.2024     225

Bacısını öldüməkdə təqsirləndirilən Məhəmməd Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Redaktor.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Hüsüynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Məhəmməd Şahbazov barəsində başlanan cinayət işi Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsindən 120.1 ci maddəsinə tövsif olunub, təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il mayın 16-da Cəlilabad şəhərində baş verib.

Belə ki, təqsirləndirilən şəxs bacısının İraqda yaşayan şəxslə telefonla danışdığını öyrənib. Bununla bağlı ona irad bildirib. Məhəmməd Şahbazov telefonla danışığa qadağa qoysa da, bacısı onunla əlaqə saxlamaqda davam edib. Təqsirləndirilən Məhəmməd Şahbazov 20 yaşlı bacısını qayışla boğaraq öldürüb (APA).