Abşeronda yaşayış binası YANDI

 20:37 31.10.2024     235

Xırdalan şəhəri Abşeron Gənclər Şəhərciyində yaşayış binasında yanğın baş verib.

Redaktor.az-ın ərazidə olan əməkdaşının verdiyi xəbərə görə, yanğın binan fasadında baş verib.

Sakinlər binadan təxliyə ediliblər və əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğını lokallaşdırıblar.

Vasif ƏLİHÜSEYN

Vumart və Güvən reklamı Vumart Güvən