Şabranda bıçaqla oynayan azyaşlı ehtiyatsızlıqdan ÖLDÜ

 20:51 01.11.2024     272

Şabran rayonunda bədbəxt hadisə baş verib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, rayonun Padar kənd sakini, 2019-cu il təvəllüdlü İsmixanova Fatimə Müzəffər qızı yaşadığı evdə bıçaqla oynayarkən ehtiyatsızlıqdan boğazını kəsərək ölüb.

Uşağın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.