"Kartdan karta" görə daha 90 sahibkar CƏZALANDIRILDI

 14:54 02.11.2024     200

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 90 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

Qurumdan Redaktor.az-a verilən məlumata görə, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirilir. Son günlər ərzində Bakı şəhərində keçirilmiş nəzarət tədbirləri zamanı 90-dan çox belə obyektdə qanun pozuntularına yol verilməsi faktları aşkarlanıb. Qanun pozuntuları protokollaşdırılıb və müvafiq maliyyə sanksiyaları tətbiq olunub.

"Nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır", - DVX xatırladıb.