Gəncə sakini bıçaqlanaraq ÖLDÜRÜLDÜ
Gəncə şəhərində bıçaqlanan şəxs ölüb.
Redaktor.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.
Belə ki, Gəncə şəhər Baş Polis İdarəsinə Daşkəsən rayon sakini, 1980-cii il təvəllüdlü Şəmistan Süleymanovun kəsici-deşici alətlə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.
Polis əməkdaşları hadisı yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1971-ci il rəvəllüdlü Nəsimi Mustafayev saxlanılıb.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.