Vətən müharibəsi qazisi əməliyyatdan sonra öldü - FOTO

 17:30 03.11.2024     274

Rusiyada Vətən müharibəsi qazisi əməliyyatdan sonra vəfat edib.

Redaktor.az lent.az-a istinadla xəbər verir ki, 44 günlük Vətən müharibəsinin qazisi olan Gəncə şəhər sakini 30 yaşlı Rüfət Qurban Rusiyanın Moskva şəhərində yerləşən xəstəxanaların birində beyin əməliyyatı olub.

Lakin əməliyyatdan sonra 30 yaşlı qazının halı pisləşərək ölüb.

Rüfət Qurbanov bu gün Gəncə şəhərində dəfn edilib.

Məlumata görə vəfat edən qazinin beynində problem olub.

Xatırladaq ki, Rüfət Qurbanov Vətən müharibəsində Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edib.