Şirvanda ər arvadını BIÇAQLADI

Şirvanda ər arvadını bıçaqlayıb.
Redaktor.az xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb. Şirvanda yaşayan Sabirabad rayonunun Bulduq kənd sakini, 1992-ci il təvəllüdlü Mirzəyeva Ayşən Firqan qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.
O, böyrək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.