Bakıda ailə faciəsi: Ana öldü, oğlunun ürəyi DAYANDI

 09:28 04.11.2024     260

Bakıda növbəti ailə dramı yaşanıb.

Redaktor.az titul.az-a istinadla xəbər verir ki, 4 il imiş yataq xəstəsi olan Məleykə Osmanova adlı Bakı sakini dünyasın dəyişib. 

Məlum olub ki, anasının ölümünə dözməyən oğlu da yarım saat sonra infarkt keçirərək vəfat edib. Əldə edilən məlumata görə, ana yataq xəstəsi olandan oğlu onun qulluğunda dururmuş. 

Qeyd edilir ki, Məleykə Osmanova yataq xəstəsi olana kimi müəllimə işləyirmiş. Oğlu Abbas da məhz anasına görə evlənmirmiş. Anasının ölümünə dözə bilmyən oğul meyit evdən çaxana kimi artıq özünü pis hiss edib, həkimlər çağırılsa da onun da həyatını xilas etmək mümkün olmayıb. Eyni gündə ana-bala hər ikisi eyni vaxtda dəfn ediliblər.