Övladını məktəbə aparan qadını it DİŞLƏDİ

Xırdalan şəhərində övladını məktəbə aparan qadın küçə itlərinin hücumuna məruz qalıb.
Redaktor.az xəbər verir ki, hadisə Xırdalan şəhər 3 nömrəli məktəbinin yaxınlığında baş verib.
T.M-nın dediyinə görə, səhər saatlarında o, övladını məktəbə apararkən qəfildən küçə itlərinin hücumuna məruz qalıb. Ayağından yaralan qadın dərhal həkimə müraciət edib.
Qeyd edək ki, Xırdalan şəhərində küçə itləri tez-tez insanlara hücum edir.
Abşeron İcra Hakimiyyəti isə yalnız sığınacaq tikildikdən sonra küçə itlərinin şəhərdən yığışdırılacağını bildirib.
Vasif ƏLİHÜSEYN