Azərbaycanda hərbçilər zəncirvari qəzaya DÜŞDÜ

Yevlaxda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az unikal-a istinadən xəbər verir ki, hadisə Əkşəm kəndi yaxınlığından keçən magistral yolda qeydə alınıb. Əldə edilən ilkin məlumata görə, hadisə zamanı "Mersedes-Benz", "Opel", iki VAZ markalı və daha bir avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Qəza zamanı xəsarət alanın olub-olmadığı dəqiqləşdirilir.
Qəzaya düşən maşınlardan birində hərbçilər olub.
Faktla bağlı araşdırma başlanıb.