“Anamın gözü görmə qabiliyyətini itirdi” – Jurnalist Xətai Tibb Mərkəzinin həkimlərindən şikayət ETDİ - FOTO

 12:24 08.11.2024     319

“Deməli, 6 noyabr tarixində 73 yaşlı anam İsrafilova Zemfira Seyfulla qızını cərrahiyə əməliyyatı üçün sığorta ilə göndəriş almaq məqsədiylə Xətai Tibb Mərkəzinə müraciət etdim. Mərkəzdə yeganə göz həkimi olan soyadını bilmədiyim Təranə xanım anamın hansı xəstəliklərdən əziyyət çəkdiyini soruşdu. Anam isə əsas təzyiqdən (hipertonik) əziyyət çəkdiyini bildirdi”

Redaktor.az xəbər verir ki, jurnalist Azər İsrafilov deyib. O, bildirib ki, həkim anasının gözünə tökdüyü dərman səbəbindən sağ gözü görmə qabiliyyətini itirib:

“Bundan sonra Təranə xanım anamın gözünə sulu məhlul olan dərman tökərək hər iki gözündə 60-65 faiz katarakta, həmçinin sol göz dibində ödəmin olduğunu bildirdi və göz tomoqrafiyası təyin etdi. Hətta bildirdi ki, özəl xəstəxanalardan birində bu müayinələrdən keçə bilər. Biz xəstəxanadan çıxıb evə gəldikdən sonra anamın sürətlə təzyiqi qalxmağa başladı. Məlum oldugu kimi, təcili tibbi yardımda 1 saat 18 dəqiqədən sonra çağırışa gəldi. Bu gün xəstəxanada tomoqrafiya müayinəsindən keçirdikdən sonra məlum oldu ki, artıq sağ gözünü görmə qabiliyyəti tamam zəifləyib, göz kapilyarları partlayıb və həmin sulu dərmanın qəbul olunma səbəbindən göz təzyiqi yüksək həddə çatıb”.

Jurnalist baş verən hadisəyə görə, tibb mərkəzinin həkimlərindən şikayətçi olduğunu bildirib:

“Mən bu hadisənin baş verməsində birbaşa Xətai Tibb Mərkəzinin baş həkimi İmmi xanım və anamı müayinə edən Təranə xanımı  günahkar görürəm. Anamın gözünün görmə qabiliyyətinin 80 faiz zəifləməsində birbaşa həkim səhlənkarlığı, həmçinin rəhbər heyətin işini düzgün qura bilməməsi var. Mən bu barədə hüquq-mühafizə orqanlarına müraciət edəcəm ki, qanuni tədbir görsünlər, ən azı bundan sonra digər pasiyentlər belə hallarla qarşılaşmasınlar”.

Redaksiyadan: Məsələylə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Sevinc İBRAHİMZADƏ

Bir 1 nəfər şəkili ola bilər