Yeniyetmə və 32 yaşlı qız faciəvi şəkildə ÖLDÜ

 11:28 09.11.2024     257

Siyəzəndə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Redaktor.az xəbər verir ki, rayon sakini 2010-cu il təvəllüdlü Asim Muradov yaşadığı evin hamam otağında olarkən dəm qazından boğularaq vəfat edib.

Oxşar hadisə Xaçmazda da baş verib. Paytaxt sakini 1992-ci il təvəllüdlü Nuranə Şıxəliyeva Xaçmaz şəhərindəki mənzilin hamam otağında dəm qazından dünyasını dəyişib.

Hər iki fakt üzrə aidiyyəti rayonların prokurorluqlarında araşdırma aparılır.