Tərtərdə evdə yanğın: Ölən VAR

Tərtər rayonunun Hacıqərvənd kəndində ümumi sahəsi 20 m² olan 1 otaqlı evin yanar konstruksiyaları yanıb.
Redaktor.az FHN-ə istinadla xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.