Ağstafada film kimi olay: Sürücünün vurduğu piyada qardaşı imiş

Xəbər verdiyimiz kimi, ötən gün Ağstafada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Redaktor.az xəbər verir ki, Muğanlı kəndində baş verən hadisənin daha bir detalı məlum olub.
Belə ki, həmin hadisəsini törətməkdə şübhəli bilinən, sürücü 1982-ci il təvəllüdlü Şöhrət Mehdiyev ölən piyada, 1985-ci il təvəllüdlü Rəşad Mehdiyevin qardaşıdır.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.