Sərnişin avtobusu qəzaya düşdü, xəsarət alanlar var

Gəncədə yol qəzası baş verib.
Redaktor.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı maşınla “İsuzu” markalı sərnişin avtobusu toqquşub.
Qəza zamanı 2 nəfər – “Mercedes”in sürücüsü və sərnişinlərdən biri xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.